Şriftin ölçüsü :

Saytın rəngi :

17 noyabr 2022-ci il tarixdə “39 saylı Yol İstismarı” MMC-də “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib

18 noyabr 2022 | 09:35

Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Pərvin Mahmudova,  Rayon İcra Hakimiyyətinin əməkdaşı Şövqi Qafarov, “39 saylı Yol İstismarı” MMC əmək kollektivi iştirak etmişdir. Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində parlaq tarixi qələbədən, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurlarından, cənab prezidentin son vaxtlarda xarici ölkələrə etdiyi işgüzar səfərlərdən bəhs olunmuş, bu sahədə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və müzakirələr aparılmışdır.

Keçidlər