17 oktyabr 2023-cü il tarixdə zərərli vərdişlərə qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri keçirilib
Zərdab Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin, Gənclər və İdman sektorunun, Təhsil sektorunun birgə təşkilatçılığı ilə Pərvanlı kənd tam orta məktəbində “Narkomaniyaya qarşı mübarizə”, “Erkən nikahın mənfi təsirləri”, “Dini radikalizmin fəsadları” və “İnsan alverinə qarşı mübarizə” mövzusunda məktəblilərlə görüş keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir əvəzi, Rayon Polis şöbəsinin rəisi, Gənclər və İdman sektorunun müdiri, Təhsil sektorunun müdiri, müəllimlər və şagirdlər iştirak edib. Çıxış edənlər ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlardan, erkən nikahların və qohumlar arasında nikahların yaratdığı fəsadlardan, dini radikalizm-ekstremizmin törətdiyi bəlalardan, uşaqların və gənclərin bu cür neqativ hallardan qorunmasının vacibliyindən bəhs etdilər. Tədbirdə qeyd olunan mövzulara dair video çarx nümayiş etdrildi, qarşılıqlı müzakirələr aparıldı, o cümlədən iştirakçıları maraqlandıran suallar cavablandırıldı.