Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab şəhərinə su xəttinin çəkilişi davam edir

15 avqust 2012 | 15:00

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın rayonda icrası ilə bağlı Zərdab şəhərində su və kanalizasiya xəttinin çəkilişi davam edir. Şəhərin 3 min kub metrlik ehtiyat su anbarının tikintisi sürətlə aparılır. 2012-ci ilin birinci yarımili ərzində 8754 metr kanalizasiya xətti çəkilmiş, 230 ədəd baxış quyusu qoyulmuşdur. 150 mm diametrli borularla 29 evə 113 metr uzunluqda kanalizasiya üçün bağlantı verilmişdir.

Şəhər daxilində 14790 metr uzunluqda içməli su xətti çəkilmişdir. Zərdab-Kürdəmir istiqamətində 32 min metr magistral xətt çəkilmiş, ondan 29700 metri test olunaraq sınaqdan keçirilmişdir.
 

Keçidlər