Şriftin ölçüsü :

Saytın rəngi :

17.02.2026 –cı il tarixdə Lələağacı kənd ümumi orta ümumtəhsil məktəbində valideynlərlə görüş keçirilib

17 fevral 2026 | 17:04

Lələağacı kənd ümumi orta ümumtəhsil məktəbində Rayon İcra Hakimiyyətinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Təhsil sektorunun  birgə təşkilatçılığı ilə “Cəmiyyətdə baş verən mənfi hadisələrdən övladlarımızı qoruyaq”, “İnternet resursalarından istifadə qaydaları” mövzusunda  valideynlərlə görüş keçirilib.

Tədbirdə gənclərimizin həyatını məhv edən narkotik vasitələr, psixotrop maddələr, erkən nikah problemləri, çağdaş dünyamızda gedən proseslər, qloballaşma, texnologiyanın inkişafı, xalqların inteqrasiyası, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modellərinin zərbələri səbəbindən milli-mənəvi dəyərlərin aşınmasından danışılmışdır. Həmçinin çıxış edənlər müxtəlif sosial platformalarda qazanc əldə etmək məqsədilə ədəb normalarına uyğun olmayan söhbətlər, qeyri-etik davranışlar və görüntülər yayanların, dəyərlərimizə ziyan vurmasından, bəzi təsir altına düşən övladlarımızın bu görüntüləri təbliğ etməyə çalışmasından və bu problemlərlə mübarizədə valideynlərin üzərlərinə düşən öhdəliklərdən söhbət açmışlar.

Sonda qeyd olunan mövzularda videoçarx nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavblandırılıb.

Keçidlər