17.04.2025-ci il tarixdə "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar tədbir keçirilib
Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar Heydər Əliyev Mərkəzində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və gənclər iştirak ediblər. Tədbirdə çıxış edənlər bildirdilər ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir. Azərbaycanın özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqlədiyini, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlərin cəmiyyətimizdə həmrəylik ovqatını daha da genişləndirəcəyini, 2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcəyini diqqətə çatdırıblar.






