Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr 2022-ci il tarixdə Zərdab Poçt filialında “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib

18 oktyabr 2022 | 17:47

Tədbirdə qrupun rəhbəri, Rayon İcra Hakimiyyəti Başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Pərvin Mahmudova, qrupun üzvü, Rayon İcra Hakimiyyətinin əməkdaşı Şövqi Qafarov, Zərdab Poçt filialının və “Aztelekom” MMC Aran Regional Filialının Zərdab şöbəsinin kollektivləri iştirak etmişdir. Tədbirdə 18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası günündən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində parlaq tarixi qələbədən, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurlarından, cənab prezidentin son vaxtlarda xarici ölkələrə etdiyi işgüzar səfərlərdən bəhs olunmuş, bu sahədə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və müzakirələr aparılmışdır.

Keçidlər