Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr 2023-cü il tarixdə Şəftəhal kəndində təhsilalanlarla görüş keçirilib

19 oktyabr 2023 | 11:14

Zərdab rayon İcra Hakimiyyətinin, Rayon  Polis şöbəsinin təşkilatçılığı və Zərdab rayon üzrə Gənclər və İdman sektorunun iştirakı ilə Şəftəhal kənd tam orta məktəbində "Sağlam həyat naminə zərərli vərdişlərə son!" devizi ilə “Narkomaniya ilə mübarizə”, “Erkən nikah problemləri”, “Dini radikalizmin fəsadları” mövzusunda təhsilalanlarla görüş keçirilib.

Görüş  zamanı çıxış edənlər zərərli vərdişlərin, erkən nikahların insan üçün psixoloji və bioloji zərərləri, dini radikalizmin fəsadları və mənfi nəticələri haqqında ətraflı məlumat verərək onları bu cür mənfi hallardan uzaq olmağa çağırıblar.

Sonda qeyd olunan mövzularda video çarx nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavblandırılıb.

Keçidlər