Şriftin ölçüsü :

Saytın rəngi :

18.01.2025-ci il tarixdə “Məişət zorakılığı”, “Milli-mənəvi və ailə dəyərlərinin təbliğində təhsilin önəmi” mövzularında müəllimlər, valideynlər və məktəblilərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib

18 yanvar 2025 | 15:03

18.01.2025-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin, Uşaq və Ailələrə Dəstək mərkəzinin, Zərdab rayon Qeydiyyat şöbəsinin birdə  təşkilatçılığı ilə müəllim, valideyn və şagirdlərin iştirakı ilə Əlvənd kəndində “Məişət zorakılığı”, “Milli-mənəvi və ailə dəyərlərinin təbliğində təhsilin önəmi”   mövzularında tədbir keçirilib.

Tədbirdə zorakılıq nədir, məişət zorakılığının növləri, problemlərlə mübarizə və onların həlli yolları, müraciət ediləcək ünvanlar, bu sahədə beynəlxalq və yerli səviyyədə qəbul edilən normativ hüquqi aktlardan bəhs edilib. Həmçinin  ailə və cəmiyyətdə qadınların rolu, Azərbaycanda insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən sistemli siyasət haqqında  məlumat verilib. 21-ci əsrdə qloballaşma dediyimiz prosesin mənfi təzahürlərinin xalqımızın milli-mənəvi dəyərlərinə müxtəlif formalarda, gizlin və aşkar şəkildə təcavüz etməsi, onu məhv etməyə, sıradan çıxarmağa çalışması, sosial-mənəvi mühitin saflığının qorunması üçün  keçmişdən gələn ailə dəyərlərimizə sadiqliyin əhəmiyyəti barədə danışılıb.

Keçidlər