Şriftin ölçüsü :

Saytın rəngi :

18.04.2024-cü il tarixdə “Milli-mənəvi və ailə dəyərlərinin təbliğində təhsilin önəmi” mövzusunda tədbir keçirilib

18 aprel 2024 | 20:34

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əlibəyli  kənd tam orta məktəbində “Milli-mənəvi və ailə dəyərlərinin təbliğində təhsilin  önəmi” mövzusunda müəllimlər, valideynlər və təhsilalanlarla görüş keçirildi.

Tədbirdə çıxış edənlər 21-ci əsrdə qloballaşma dediyimiz prosesin mənfi təzahürlərinin xalqımızın milli-mənəvi dəyərlərinə müxtəlif formalarda, gizlin və aşkar şəkildə təcavüz etməsindən, onu məhv etməyə, sıradan çıxarmağa çalışmasından danışmış,  həmçinin, sosial-mənəvi mühitin saflığının qorunması üçün  keçmişdən gələn ailə dəyərlərimizə sadiqliyin əhəmiyyəti qeyd olunmuşdur. Keçmişdən gələn ailə dəyərlərimizi və ənənələrini qorumaq üçün müəllim və valideynlərin üzərinə düşən vəzifələr qeyd olunmuş, təhsilin gələcəyimiz üçün önəmindən bəhs edilmişdir.

Sonda  iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər