Şriftin ölçüsü :

Saytın rəngi :

18.04.2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

18 aprel 2024 | 10:57

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası istiqamətində Heydər Əliyev parkında və Sahil parkında növbəti dəfə ağacəkmə aksiyası təşkil olunub. Zərdab Rayon İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən aksiyada Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev,  Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin əməkdaşı Kamaləddin Sarıyev, İdarənin Zərdab rayonu üzrə nümayəndəsi Urfan Əhmədov, mədəni-maarif müəssisələrinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib, 250 ədəd şam ağacı əkilib.

Keçidlər