18.07.2025-ci il tarixdə Vətən müharibəsinin şəhidi İbrahim Rüstəmlinin doğum günü qeyd olunub
18 iyul 2025 | 10:56
Doğum günü münasibətilə Zərdab Rayon Icra Hakimiyyətinin, YAP Zərdab rayon təşkilatının məsul şəxsləri, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, şəhid ailələrinin üzvləri və kənd sakinləri İbrahim Rüstəmlinin və kənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin məzarlarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.






