Şriftin ölçüsü :

Saytın rəngi :

18.08.2026-cı il tarixdə Zərdab Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib

18 avqust 2026 | 18:37

 Konfransda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Zərdab Rayon Ağsaqqallar Şurasının sədri Rasim Hüseynov, ağsaqqallar, ziyalılar, şəhid valideynləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə giriş nitqində Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu və digər tədbir iştirakçılarını salamlayaraq, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasətdən, ordu quruculuğundan və Azərbaycanın hərtərəfli inkişafından danışıb. Ağsaqqalların ictimai-siyasi və mədəni həyatda mühüm rol oynadığını, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində onların xidmətlərinin əvəzsiz olduğunu vurğulayıb. O, Zərdab Rayon Ağsaqqallar Şurasına gələcək fəaliyyətində uğurlar arzulayıb. Sonra Zərdab Rayon Ağsaqqallar Şurasının sədri Rasim Hüseynov hesabat dövründə görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib. Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov Ulu Öndər Heydər Əliyevin ağsaqqallara verdiyi yüksək qiymətdən, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmasından bəhs edib, hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallarımıza və ziyalılarımıza yüksək diqqət və qayğı göstərdiyini vurğulayıb. O, həmçinin, ağsaqqalların üzərinə düşən vəzifələrdən söz açaraq, gənclərin xalqa, dövlətə sədaqət ruhunda, zərərli təsirlərdən uzaq olan sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara daim böyük ehtiyacın olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.  Konfransda təşkilati məsələlərə də baxılıb. Açıq səsvermə yolu ilə Rasim Hüseynov yenidən Zərdab Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Həmçinin Şuranın İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb. Sonda yeni seçilən sədr və heyət üzvləri təbrik olunaraq, onlara uğurlar arzulanıb.

Keçidlər