Şriftin ölçüsü :

Saytın rəngi :

18.11.2025-ci il tarixdə “Uşaqlara qarşı hər çür zorakılıq yolverilməzdir” mövzusunda maarifləndirici seminar keçirilib

18 noyabr 2025 | 14:52

18.11.2025-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin, Uşaq və Ailələrə Dəstək Mərkəzi və Zərdab rayon Mərkəzi Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə Mərkəzi Kitabxanada “Uşaq Hüquqları Aylığı” çərçivəsində 18 Noyabr – Uşaqların Cinsi İstismardan və Cinsi Zorakılıqdan Müdafiəsi Günü münasibətilə “Uşaqlara qarşı hər çür zorakılıq yolverilməzdir” mövzusunda valideynlər, nənə-baba və müəllimlərin iştirakı ilə maarifləndirici seminar keçirilib.

Tədbirdə çıxış edənlər “Uşaq Hüquqları Aylığı”nın keçirilməsinin məqsədi barədə məlumat verib, uşaqların təhlükəsiz, sağlam mühitdə yaşaması və hərtərəfli inkişaf etməsi üçün ölkəmizdə yaradılan şəraitdən danışıblar. Həmçinin uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının aşkar edilməsi və bu halların qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən, bu sahədə aidiyyəti qurumların birgə fəaliyyətinin əhəmiyyətindən bəhs edilib. Həmçinin “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyası (Lanzarote Konvensiyası), 116111 – Uşaq qaynar xətti barədə iştirakçılara məlumat verilib, uşaqlara qarşı daim diqqətli olmaq, onların fikir və düşüncələrinə laqeyd qalmamaq, zorakılıq halları ilə qarşılaşdıqları zaman dərhal aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Sonra mövzu ətrafında video-çarx nümayiş olunub və müzakirə aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Keçidlər