Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA 28 MAY RESPUBLİKA GÜNÜ QEYD OLUNDU

28 may 2014 | 15:00

27 may 2014-cü il tarixdə Zərdabda Heydər Əliyev parkında 28 May Respublika Günü münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül və çiçək dəstələri qoydular və Heydər Əliyev Mərkəzi ilə tanış oldular.
Tədbirdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev 28 May Respublika Günü barədə ətraflı məlumat verdi. Bildirdi ki, 1918-ci il mayın 28-də müsəlman şərqində ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti yaranmış və bu tarix xalqımızın həyatında ən unudulmaz günlərdən biridir. Yaşadığı 23 ay ərzində Demokratik Respublikanın gördüyü işlər, yaradılan təsisatlar, qəbul edilən dövlət rəmzləri tariximizin ən yaddaqalan səhifələridir. Həmin qısa dövr ərzində Demokratik Respublikanın şərəfli fəaliyyəti Azərbaycan xalqının arzu və istəklərini müstəqillik şəraitində həyata keçirmək iqtidarında olduğunu əyani nümayiş etdirmişdir. Təəssüflər olsun ki, yaradılan ilk müstəqil dövlətimizin ömrü az olmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradılmışdır. Lakin xalqımızın qəlbində azadlıq arzusu, məşəli heç vaxt sönməmişdir. 70 ildən sonra, 1990-cı ilin əvvəllərində xalqımızın yenidən müstəqil olmaq uğrundakı mübarizəsi öz bəhrəsini vermiş, Azərbaycan 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir. Yenidən qazanılmış müstəqilliyin ilk illərində ölkəmiz ağır günlər yaşamış, hətta müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdir. Belə bir çətin və sınaqlı günlərdə xalqımızın təkidli tələbi və xahişi ilə yenidən respublikaya rəhbərliyə qayıdan xalqımızın ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin apardığı müdrik və qətiyyətli siyasət nəticəsində müstəqilliyimizin əbədiliyi və sarsılmazlığı təmin olundu, Azərbaycan özünün hərtərəfli inkişafının yeni mərhələsinə qədəm qoydu. Çox fərəhli haldır ki, bu müdrik siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda müstəqil Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmuş, mötəbər Beynəlxalq təşkilatların tam hüquqlu üzvü olmuşdur. Azərbaycan xalqı, o cümlədən, zərdablılar cənab prezidentimizin həyata keçirdiyi müdrik siyasəti ürəkdən bəyənir, ətrafında sıx birləşirlər.
Bir sözlə, Azərbaycan bu gün öz inkişafının əsl tərəqqi dövrünü yaşayır. Bu tərəqqi Zərdabdan da yan keçməmiş, son dövrdə Zərdabda nəzərəçarpacaq dərəcədə tikinti-quruculuq işləri görülmüş, insanların sosial problemlərinin həllinə diqqət və qayğı xeyli artırılmışdır.
Bütün görülən işlərə, Zərdaba və zərdablılara göstərdiyi diqqət və qayğıya görə zərdablılar əbədiyaşar Heydər Əliyev ideyalarını layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdardırlar. İcra başçısı sonda bir daha bütün rayon sakinlərini 28 May Respublika  Günü münasibətilə bir daha ürəkdən təbrik etdi.

Keçidlər