Şriftin ölçüsü :

Saytın rəngi :

19 may 2025-ci il tarixdə rayonun Gəlmə və Əlibəyli kənd İƏD üzrə nümayəndəliklərinin ərazilərində ipəkqurdlarının vəziyyətinə baxış keçirilib

19 may 2025 | 18:18

Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində Zərdab rayonunda həyata keçirilən tədbirlər davam etdirilir. 2025-ci ilin məhsulu üçün 650 qutu ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanmışdır. Hazırda ipəkqurdu bəslənmə mərhələsindədir. Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə Aparatın digər vəzifəli şəxslərinin və İƏD üzrə nümayəndələrin iştirakı ilə rayon ərazisində ipəkqurdunun saxlanılması üçün yaradılan şəraitlə tanış olur, qurdlara baxış keçirir və onların yemlə təminatının vəziyyəti ilə maraqlanır. 19 may 2025-ci il tarixdə rayonun Gəlmə və Əlibəyli kənd İƏD üzrə nümayəndəliklərinin ərazilərində ipəkqurdlarının vəziyyətinə baxış keçirilmiş, kümçülərə barama qurdlarının itkisiz yetişdirilməsi ilə bağlı lazımi tövsiyə və tapşırıqlar verilmişdir.

Keçidlər