19 oktyabr 2022-ci il tarixdə Böyük Dəkkə kəndində vətəndaşların səyyar qəbulu keçirilib
19 oktyabr 2022 | 17:23
Zərdab rayonunun Böyük Dəkkə kəndində Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilmişdir. Qəbula gələn vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanuna uyğun formada aradan qaldırılması məqsədilə aidiyyəti nazirlik və komitələrə müraciət olunması üçün təşkilat rəhbərlərinə, yerli icra və bələdiyyə orqanlarına icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.