Zərdabda qanvermə aksiyasi keçirildi
03 iyul 2012-ci il tarixdə Heydər Əliyev Fondunun, Səhiyyə Nazirliyinin və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zərdab rayonunda növbəti dəfə qanvermə aksiyası keçirilib. Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrə kömək məqsədilə idarə, müəssisə və təşkilatlardan, təhsil, səhiyyə və mədəniyyət ocaqlarından, hüquq-mühafizə orqanlarından 500 nəfərdən çox vətəndaş cəlb edilib. Sağlamlıq vəziyyəti imkan verən sakinlərdən 30 litr qan nümunəsi götürülərək qablaşdırılıb. Rayon sakinləri bu cür xeyirxah aksiyaların əhəmiyyətini yüksək qiymətləndiriblər. Ölkədə əhəmiyyətli sosial layihələr, humanitar aksiyalar təşkil etdiyinə görə Heydər Əliyev Fonduna minnətdarlıq