Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində 15 İyun Milli Qurtuluş gününə həsr olunmuş dəyirmi masa keçirildi

14 iyun 2014 | 15:00

13 İyun 2014-cü il tarixdə Zərdab rayon  Heydər Əliyev Mərkəzində 15 İyun Milli Qurtuluş gününə həsr olunmuş “Milli qurtuluşdan başlanan inkişaf” mövzusunda dəyirmi masa keçirildi. "Müstəqil Azərbaycan günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç vaxt əldən verməyəcəkdir!" mövzusunda sərgi tədbir iştirakçılarına təqdim olundu.
Tədbiri giriş sözü ilə  Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova açaraq  "Milli Qurtuluşumuzun zəfər yürüşü" mövzusunda  çıxış etdi. Bildirdi ki, ötən əsrin sonlarında ölkəmiz müstəqilliyini əldə etsə də, bu müstəqillik çox kövrək olmuş, yalnız Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın təhlükəsizliyi, hərtərəfli inkişafı təmin edilmişdir. Tarix üçün çox qısa bir dövrdə ölkəmizdə bütün sahələri əhatə edən köklü islahatlar aparılmış, nəticədə, Azərbaycan siyasi, iqtisadi, hərbi nüfuzu ilə dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutmuşdur. Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, indi Azərbaycan istər regionda, istərsə də dünyada söz sahibinə malik ölkələrdən birinə çevrilmişdir. Fərəhlə vurğulanmışdır ki, Ulu Öndərin siyasi kursu bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Digər çıxış edənlər 15 iyun tarixinin Azərbaycan xalqının şüurunda gerçək milli qurtuluş günü kimi həkk olunduğunu bildirdilər.
Tədbirin sonunda "Heydər Əliyev və müstəqil Azərbaycan Respublikası" mövzusunda filim nümayiş olundu.

Keçidlər