Şriftin ölçüsü :

Saytın rəngi :

17 İYUN – TİBB İŞÇİLƏRİ GÜNÜ ZƏRDABDA QEYD OLUNDU

18 iyun 2014 | 15:00

17 iyun 2014-cü il tarixdə Zərdabda tibb işçiləri günü münasibətilə yığıncaq keçirildi. Rayonun tibb işçiləri öncə Heydər Əliyev parkını ziyarət edərək Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoydular. Sonra yığıncaq Mərkəzi Rayon Xəstəxanasında davam etdirildi.
Tədbiri giriş sözü ilə Zərdab Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ruslan Nemətov açaraq bayram təbriklərini söylədi. Ulu Öndər Heydər Əliyevin səhiyyəmizin inkişafı ilə bağlı tarixi xidmətlərindən danışdı, hazırda bu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açdı. Bildirdi ki, bu gün Azərbaycanın hər bir şəhər və rayonunda müasir tibb müəssisələri tikilir, onlar dünya standartlarına cavab verən avadanlıqlarla təchiz olunur. Hazırda Zərdab Rayon Mərkəzi Xəstəxanasının da binaları Dövlət Proqramı çərçivəsində əsaslı təmir olunur. R.Nemətov əhalinin sağlamlığını hər şeydən üstün tutan ölkə başçısının tapşırığı ilə bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçdiklərini vurğuladı.
Tədbirdə iştirak edən Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəhman Feyzullayev Rayon İcra Hakimiyyəti başçısının tibb işçilərinə təbrikini çatdırdı.
Əsası Ümummilli liderimiz tərəfindən qoyulan sosial-iqtisadi inkişaf kursunun uğurla davam və inkişaf etdirildiyini söyləyən natiq ölkə başçısının Zərdaba və zərdablılara, o cümlədən rayonda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıdan, rayonda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərindən söhbət açdı.
Sonda səhiyyə sahəsində göstərdikləri səmərəli fəaliyyətinə görə bir qrup tibb işçisinə qiymətli hədiyyələr təqdim edildi.

Keçidlər