Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində Silahlı Qüvvələr Gününə həsr olunmuş dəyirmi masa keçirildi

26 iyun 2014 | 15:00

25 iyun 2014-cü il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzində 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə mərkəzin direktoru Könül Rəhimova  çıxış edərək, bildirdi ki, böyük siyasi lider, qüdrətli şəxsiyyət olan Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın dövlət və ordu quruculuğunda yeni bir mərhələnin təməli qoyuldu, onun rəhbərliyi ilə qısa zaman kəsiyində ordu quruculuğu yeni mərhələyə qədəm qoydu.  Heydər Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin daha da möhkəmlənməsi, xüsusi ilə ordumuz üçün hərbi kadrlar hazırlayan hərbi təhsil sisteminin modernləşdirilməsi üçün mühüm tədbirlər gördüyünü tədbir iştirakçılarının diqqətinə  çatdırdı.
Tədbirdə çıxış edənlər Azərbaycanda ordu quruculuğu sahəsinə bu gün möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini qeyd etdilər.
Sonda məktəblilərin ifasında şeirlər söylənildi.

Keçidlər