Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində narkotizmlə mübarizəyə dair silsilə tədbirlər davam edir

27 iyun 2014 | 15:00

26 iyun 2014-cü il tarixdə "Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı ümumdünya mübarizə günü" münasibətilə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində dəyirmi masa təşkil olunmuşdur.
Qeyd olunmuşdur ki, son illər respublikamızda da narkotik vasitələrə qarşı mübarizə xeyli güclənmiş, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, ictimai təşkilatlar da fəallığı xeyli artırmışlar.
Narkotizmlə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Bu məqsədlə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi ardıcıl olaraq silsilə maarifləndirmə işləri həyata keçirərək, “Sağlam həyat tərzi seç” , “Narkomaniyaya yox” adlı posterlər hazırlamışdır.

Keçidlər