"2 Fevral – Azərbaycan Gənclər Günü"nə həsr olunmuş "Gəncliyin sabaha baxışı" adlı tədbir keçirilib
2 fevral 2026-cı il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin, Zərdab rayonu üzrə gənclər və idman sektorunun, Zərdab Gənclər Evi SXM-in və Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə "2 Fevral – Azərbaycan Gənclər Günü"nə həsr olunmuş "Gəncliyin sabaha baxışı" adlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tədbirdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısının müavini Xəyalə Veyisova gəncləri "2 Fevral – Azərbaycan Gənclər Günü" münasibətilə təbrik edərək, Ümummilli lider Heydər Əliyev siyasi kursunu yüksək səviyyədə davam etdirən, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gəncliyinin inkişaf edərək, yeni-yeni uğurlara imza atmasından, bu sahənin inkişafı üçün imzalanmış mühüm dövlət sənədlərindən bəhs edib. 44 günlük Vətən müharibəsinin Azərbaycan gəncliyinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirmiş olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Zərdab rayonu üzrə gənclər və idman sektorunun müdiri Əvəz Soltanov bildirib ki, sektorun hesabat ilində gənclər və idman sektoru tərəfindən gənclərlə iş sahəsi üzrə 76 rayondaxili, idman sahəsi üzrə 30 rayondaxili idman yarışı təşkil olunub keçirilmiş ümumilikdə hər iki sahə üzrə keçirilmiş tədbir və idman yarışlarında 4000 ə qədər gənc və idmançı iştirak edib. İdmançılarımız ötən il ərzində respublika və beynəlxalq səviyyəli yarışlarda 11 qızıl 17 gümüş və 5 bürünc medal olmaqla ümumilikdə 33 medal qazanmaları barədə məlumat verib. Daha sonra Xəzər Univeristetinə yüksək balla qəbul olmuş fəal gənc Tapdıqova Gülnur İbrahim qızı çıxış edərək göstərilən diqqət qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildirib.
Tədbir 2025-ci il ərzində fərqlənmiş bir qrup gənclərin fəxri fərmanla, xatirə hədiyyələri ilə mükafatlandırılması və konsert proqramı, rəqs nümunələri ilə davam etdirilib.






