Şriftin ölçüsü :

Saytın rəngi :

2 noyabr 2023-cü il tarixində Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasında 8 Noyabr- Zəfər Bayramı münasibətilə "Zəfər bizə çox yaraşır!" başlığı altında ədəbi-bədii gecə keçirilib

02 noyabr 2023 | 16:57

Tədbir Ümummilli lider Heydər Əliyevin və tarixi qələbəmizin qazanılması yolunda şəhid olan Azərbaycan oğul və qızlarının xatirəsinin bir dəqiqə sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə şəhid Ağaqardaş Abbasovun atası İlham Abbasov, şəhid Fərid Rüstəmovun atası Nofəl Rüstəmov, Vətən müharibəsinin qaziləri - İlkin İbrahimli və Qəhrəman Şahablı, MİHİ Zərdab rayon Komitəsinin sədri Vəfa Bayramova, DQİDK Ucar bölgəsinın Zərdab üzrə nümayəndəsi Sədi Hüseynov, mərkəzi kitabxananın, şəhər və kənd kitabxana filiallarının əməkdaşları, məktəblilər iştirak ediblər. Tədbirdə vətənpərvərlik ruhlu musiqilərlə çıxış edən musiqiçilərin və Dəkkəoba kənd tam orta məktəbinin şagirdləri, kənd kitabxana filialının fəal oxucuları Abdullazadə Ləman və İsrəfilli Lamiyənin ifasında şeirlər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Keçidlər