Şriftin ölçüsü :

Saytın rəngi :

20 dekabr 2023-cü il tarixdə Bıçaqçı kənd tam orta məktəbində “Sağlam həyat tərzinin və ailə dəyərlərinin təbliği” mövzusunda  təhsilalanlarla görüş keçirilib

20 dekabr 2023 | 18:39
Zərdab rayon İcra Hakimiyyətinin təşkilatçılığı və  Polis şöbəsinin, Uşaq və Ailələrə Dəstək mərkəzinin, Zərdab rayon üzrə Gənclər evi SXM-nin iştirakı ilə təşkil olunmuş tədbirdə çıxış edənlər ailə dəyərləri, qadın və uşaq hüquqları mövzusunda maarifləndirici söhbətlər aparmış, məişət zorakılığı, erən nikah və qohumlar arasında nikah, narkomaniya və dini radikalizmin fəsadlarından bəhs etmişlər. Tədbirdə sosial-mənəvi mühitin saflığının qorunması üçün  keçmişdən gələn ailə dəyərlərimizə sadiqliyin əhəmiyyəti, erkən nikah və qohumlar arasında nikahın  insan üçün psixoloji və bioloji zərərləri, narkomaniyadan qorunmağın yolları, dini radikalizmin fəsadları şagirdlərə izah olunmuşdur. Həmçinin şagirdlərin problemlərin öhdəsindən gələ bilən və həll yolları tapa bilən, məsuliyyətli, özünə güvənən, müstəqil bir fərd olaraq yetişdirmək üçün valideyn və məktəb pedoqoji kollektivinin üzərinə düşən vəzifələrdən danışılmış, təhsilin gələcəyimiz üçün önəmli olduğu qeyd olunmuşdur. Sonda qeyd olunan mövzularda video çarx nümayiş olundu və iştirakçıları maraqlandıran suallar cavblandırıldı.
Keçidlər