Şriftin ölçüsü :

Saytın rəngi :

“20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirimi masa keçirilib

18 yanvar 2023 | 15:33

Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçisi Murad Həsənov, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, 20 Yanvar faciəsinin şahidləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimai birliklərin üzvləri və gənclər iştirak ediblər. Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, 20 Yanvar hadisələri zamanı, dövlət müstəqilliyimizin qorunması və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev xalqımızın həyatında ən ağrılı və hüznlü, eyni zamanda böyük qəhrəmanlıq, milli özünüdərk günlərindən biri olan 20 Yanvar faciəsinin tarixindən, Sovet imperiyası tərəfindən Bakıda Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli qətliamın səbəblərindən danışıb. İcra hakimiyyətinin əməkdaşı Murad Həsənov çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığını qeyd edərək, bildirib ki, həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Daha sonra 20 yanvar faciəsinin şahidi və iştirakçısı olmuş tədbir iştirakçıları öz xatirələrini bölüşüb, Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın vəhdəti və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 30 illik əsirlikdə olan doğma torpaqlarımızın düşməndən azad edildiyini, bu şanlı Zəfərlə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisasının alındığını vurğulayıblar. Tədbirdə “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda video çarx nümayiş olunub.

Keçidlər