Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA AZƏRBAYCAN POLİSİ GÜNÜ QEYD OLUNDU

03 iyul 2014 | 15:00

02 iyul 2014-cü il tarixdə Zərdabda Azərbaycan polisi günü münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri düzmüş, Ulu Öndərin xatirəsini ehtiramla yad etmişlər.
Rayon Polis Şöbəsinin inzibati binasında davam etdirilən tədbirdə Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elnur Həsənovun məruzəsi dinlənilmişdir. O, Azərbaycan polisinin 96 il ərzində çox çətin və şərəfli bir yol keçdiyini, 16 il əvvəl Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Polisi Gününün təsis edildiyini, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində uğurlu islahatların aparıldığını, polis işçilərinin gərgin və şərəfli əməyinin daim yüksək qiymətləndirildiyini qeyd etmişdir.
Natiq, rayonda baş vermiş cinayətlərin isti izlərlə açılmasında, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında şəxsi heyətin rolundan, qazanılmış uğurlardan danışmışdır.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev Polis Şöbəsinin kollektivini bayram münasibətilə təbrik edərək, Ümummilli lider Heydər Əliyevin Azərbaycan polisinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu siyasəti uğurla davam və inkişaf etdirməsindən danışmışdır.
İcra başçısı qeyd etmişdir ki, xalqımız Azərbaycan polisinə böyük inam bəsləyir, dövlətçiliyin möhkəmləndirilməsində, milli maraqların qorunmasında polisin xidmətləri böyükdür.
Rayonda ictimai-siyasi sabitliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, polis-vətəndaş münasibətlərinin sivil qaydada qurulmasında Zərdab Rayon Polis Şöbəsinin nümunəvi işini qeyd edən icra başçısı kollektivə ən səmimi və xoş arzularını çatdırmış, xidməti vəzifələrinin icrasında onlara uğurlar arzulamışdır.
Tədbirdə polis orqanlarında səmərəli fəaliyyətinə görə şöbənin bir qrup əməkdaşlarına, təqaüddə olan veteran polislərə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər