20.08.2026-ci il tarixdə Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Zərdab rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib
Görüşdə Azərbaycan Respublikasında baytarlıq sahəsinin inkişafı, heyvan sağlamlığının qorunması, kənd təsərrüfatı heyvanları arasında xəstəliklərin qarşısının alınması və epizootik sabitliyin təmin olunmasının əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, baytarlıq xidməti ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində, heyvandarlığın inkişafında, heyvan mənşəli məhsulların keyfiyyət və təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır. Bu baxımdan baytarlıq sahəsində çalışan əməkdaşların üzərinə düşən vəzifələrin məsuliyyətlə və peşəkarlıqla yerinə yetirilməsi xüsusi əhəmiyyət daşıyır. Görüş zamanı Zərdab rayonunda heyvandarlığın inkişaf perspektivləri, rayon ərazisində kənd təsərrüfatı heyvanlarının sağlamlığının qorunması, profilaktik və diaqnostik tədbirlərin vaxtında həyata keçirilməsi, heyvanların vaksinasiyası, yoluxucu xəstəliklərin qarşısının alınması və xəstəliklərin yayılmasına yol verilməməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. Eyni zamanda, baytarlıq tədbirlərinin düzgün və vaxtında həyata keçirilməsinin təsərrüfat subyektlərinin fəaliyyətinin davamlılığına, heyvandarlıq məhsullarının istehsalının artırılmasına və əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təmin olunmasına mühüm töhfə verdiyi bildirilib. İştirakçıların diqqətinə çatdırılıb ki, Zərdab rayonunda heyvandarlıq təsərrüfatlarının fəaliyyətinin səmərəli təşkili, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, baytarlıq nəzarətinin gücləndirilməsi, profilaktik tədbirlərin mütəmadi keçirilməsi və əhali arasında baytarlıq qaydalarına əməl olunması ilə bağlı maarifləndirmə işlərinin genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bildirilib ki, “İdeoloji Maarifləndirmə Konsepsiyası” çərçivəsində keçirilən bu cür görüşlər əməkdaşların dövlətçilik, milli-mənəvi dəyərlər, vətənpərvərlik və peşə məsuliyyəti istiqamətində maarifləndirilməsinə, kollektivdə sağlam iş mühitinin formalaşdırılmasına və qarşıya qoyulan vəzifələrin daha səmərəli icrasına xidmət edir. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, baytarlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, epizootik vəziyyətin nəzarətdə saxlanılması və rayon ərazisində heyvan sağlamlığının etibarlı şəkildə qorunması ilə bağlı qarşıda duran vəzifələr ətrafında müzakirələr aparılıb.






