2016-cı ilin aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış, Böyük Dəkkə kənd sakini Nurlan Abdullazadənin xatirəsi yad edilib
2016-cı ilin aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış, Böyük Dəkkə kənd sakini Nurlan Abdullazadənin xatirəsi yad edilib. Nurlan Abdullazadənin məzarı və kənd qəbiristanlığında dəfn edilmiş şəhidlərin məzarları ziyarət edilib. Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev , YAP Zərdab rayon təşkilatının sədr müavini Ələkbər Kərimov, Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Zərdab rayon bölməsinin məsul şəxsləri, ərazi üzrə icra və bələdiyyə orqanlarının, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidin ailəsi ziyarət edilərək xatirəsi yad olunub. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə və köməkliklərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında" 07 noyabr 2025-ci il tarixli sərəncamı ilə Nurlan Abdullazadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.






