2016-cı ilin aprel döyüşlərinin şəhidi, gizir Nurlan Abdullazadə “Vətən uğrunda” medalı ilə təltif edilib
07 noyabr 2025 | 19:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında" 07 noyabr 2025-ci il tarixli sərəncamı ilə 2016-cı ilin aprel döyüşlərinin şəhidi, Zərdab rayonunun Böyük Dəkkə kənd sakini, gizir Abdullazadə Nurlan Rasim oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.






