Şriftin ölçüsü :

Saytın rəngi :

2022-ci ilin yanvar-dekabr ayları ərzində sənaye istehsalı haqqında

15 fevral 2023 | 10:41

2022-ci ilin yanvar-dekabr  aylarında Zərdab rayonunda sənaye müəssisələri və  bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 11932.6 min manat təşkil etmişdir. 

Dövr ərzində sənaye məhsulunun 40,8 faizi emal sənayesi sektorunda istehsal olunmuş,  göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 53,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,2 faiz təşkil etmişdir 

2022-ci il ərzində emal sənayesi sektorunda qida məhsulların istehsalı 91,8 faiz, içki istehsalı 0,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 0,3 faiz, tikinti materialların istehsalı 4,2 faiz, hazır metal məmulatların istehsalı 2,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 0,7 faiz təşkil etmişdir.

2022-ci il ərzində keçən ilin müvafiq dövri ilə müqayisədə göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru sahəsində 21,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru sahəsində isə  13,8 faiz artmışdır.

2022-ci il ərzində sənaye sahəsində çalışan işçilərin оrta sayı  255 nəfər, оrta aylıq əmək haqqı 557,5 manat  olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artmışdır. Sənaye sahəsi üzrə çalışanların 5,5 faizi emal sənayesi sektorunda, 44,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 50,2 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda çalışanlardır.

 Zərdab rayon Statistika idarəsi

Keçidlər