Şriftin ölçüsü :

Saytın rəngi :

2022-ci ilin yanvar-dekabr aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 13971,0 min manat olmuşdur

15 fevral 2023 | 10:35

Xidmətin 36,5 faizi hüquqi şəxslər, 63,5 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.

Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 1671,0 min manat, iaşə xidmətinin həcmi 2004,0 min manat olmuşdur.

Ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər  5096,7 min manat (99,3 faiz dövlət mülkiyyəti, 0,7 faiz qeyri dövlət mülkiyyəti) olmuşdur. Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 5019,2 min manatı iri müəssisələrin, 77,5 min manatı isə kiçik müəssisələrin payına düşür.

Zərdab Rayon Statistika İdarəsi

 

Keçidlər