Şriftin ölçüsü :

Saytın rəngi :

2022-ci ilin yanvar-mart ayları ərzində sənaye istehsalı 14,8 % artıb

05 may 2022 | 10:03

Zərdab rayon sənayesində il ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı və xidmətlərin göstərilməsi 14,8 faiz artaraq 3979,8 min manat  olmuşdur.

Dövr ərzində sənaye məhsulunun 46,5 faizi emal sektorunda istehsal olunmuş,  göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 49,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,6 faiz təşkil etmişdir 

2022-ci ilin yanvar-mart aylarında emal sənayesi sektorunda qida məhsulların istehsalı 97,6 faiz, içki istehsalı 0,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 0,2 faiz, tikinti materialların istehsalı 1,0 faiz, hazır metal məmulatların istehsalı 0,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 0,4 faiz təşkil etmişdir.

2022-ci ilin yanvar-mart aylarında keçən ilin müvafiq dövri ilə müqayisədə göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 48,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə  0,9 faiz artmışdır.

2022-ci ilin  yanvar-mart ayları ərzində sənaye sahəsində çalışan işçilərin оrta sayı  258 nəfər, оrta aylıq əmək haqqı 540,9 manat  olmuşdur. Sənaye sahəsi üzrə çalışanların 44,2 faizi elektrik enerjisi və qazın istehsalı və bölüşdürülməsi sahəsində , 49,6 faizi su təchizatı, tullantıların təmizlənməsi sahəsində, 6,2 faizi emal sənayesində çalışanlardır.

Zərdab rayon Statistika Idarəsi

Keçidlər