Şriftin ölçüsü :

Saytın rəngi :

2022-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsi

05 may 2022 | 10:05

2022-ci ilin yanvar-mart ayları ərzində pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri real ifadədə  24442,7 min manat olmuşdur. Ticarət dövriyyəsinin 13451,3 min manatını (55,0%) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10991,4 min manatını (45,0%) qeyri-ərzaq məhsulları təşkil etmişdir.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 55,0 faizi ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının, 45,0 faizi geyimlər və ayaqqabıların, elektrik mallarının, avtomobil yanacağının, əczaçılıq və tibbi malların, mebellərin, telekommunikasiya avadanlıqlarının və digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur. 2022-ci ilin yanvar – mart ayları ərzində istehlak məhsullarının 8,0 faizi hüquqi şəxs statuslu müəssisələr,  92,0 faizi fiziki şəxslər tərəfindən satılmışdır.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər