2022-ci ilin yanvar-sentyabr aylarında sənaye istehsalı haqqında
2022-ci ilin yanvar-sentyabr aylarında Zərdab rayonunda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 9570.6 min manat təşkil etmişdir.
Dövr ərzində sənaye məhsulunun 43,5 faizi emal sənayesi sektorunda istehsal olunmuş, göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 51,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,5 faiz təşkil etmişdir
2022-ci ilin yanvar-sentyabr aylarında emal sənayesi sektorunda qida məhsulların istehsalı 93,0 faiz, içki istehsalı 0,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 0,4 faiz, tikinti materialların istehsalı 4,0 faiz, hazır metal məmulatların istehsalı 2,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 0,5 faiz təşkil etmişdir.
2022-ci ilin yanvar-sentyabr aylarında keçən ilin müvafiq dövri ilə müqayisədə göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru sahəsində 20,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru sahəsində isə 10,7 faiz artmışdır.
2022-ci ilin yanvar-sentyabr ayları ərzində sənaye sahəsində çalışan işçilərin оrta sayı 253 nəfər, оrta aylıq əmək haqqı 554,2 manat olmuşdur. Sənaye sahəsi üzrə çalışanların 4,7 faizi emal sənayesi sektorunda, 44,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 50,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda çalışanlardır.
Zərdab Rayon Statistika Idarəsi