Şriftin ölçüsü :

Saytın rəngi :

2023-cü ilin 1 aprel vəziyyətinə iqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə

02 may 2023 | 15:48

2023-cü il aprelin  1-i vəziyyətinə rayon üzrə muzdla işləyənlərin sayı 5275 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 4401 nəfər, qeyri-dövlət sektorunda isə 874 nəfər təşkil etmişdir.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 68,7 faizi xidmət sahəsində, 13,9 faizi ticarət sahəsində,  10,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində,  4,7 faizi sənaye sahəsində,  2,4 faizi isə tikinti sahəsində məşğul olmuşdur.

Rayonda muzdla işləyənlərin çox hissəsi yəni  68,7 faizi xidmət sahəsinin payına düşür. Xidmət sahəsində işləyənlərin 58,1 faizi təhsil, 14,8 faizi  əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi,  10,8 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat,  1,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,0 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,5 faizi peşə, elmi və texniki fəaliyyət,  9,7 faizi istirahət, əyləncə və incəsənət,  1,2 faizi informasiya və rabitə,  0,5 faizi maliyyə və sığorta fəaliyyəti,   0,6 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışmışlar.

2023-cü ilin yanvar-mart ayları ərzində iqtisadiyyatda muzdla işləyənlərin оrta aylıq nominal əməkhaqqı  keçən ilin müvafiq dövrünə nisbətən  16,8 faiz artaraq 585,5 manat olmuşdur.

Maliyyə və sığorta fəaliyyəti , dövlət idarəetməsi və müdafiə; sosial təminat,  elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı,  eləcə də əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrində orta aylıq nominal əməkhaqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər