Şriftin ölçüsü :

Saytın rəngi :

2023-cü ilin yanvar-dekabr ayları ərzində sənaye istehsalı

12 fevral 2024 | 16:16

2023-cü ilin yanvar-dekabr  aylarında Zərdab rayonunda sənaye müəssisələri və  bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 11588,1 min manat təşkil etmişdir.

Dövr ərzində sənaye məhsulunun 40,2 faizi emal sektorunda istehsal olunmuş,  göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda  53,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,7 faiz təşkil etmişdir.  

2023-cü ilin yanvar-dekabr aylarında emal sənayesi sektorunda qida məhsulların istehsalı 89,2 faiz, içki istehsalı 0,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 0,7 faiz, tikinti materialların istehsalı 2,8 faiz, hazır metal məmulatların istehsalı 4,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 2,7 faiz təşkil etmişdir.

2023-cü ilin yanvar-dekabr aylarında keçən ilin müvafiq dövri ilə müqayisədə göstərilmiş xidmətlərin həcmi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə  5,2 faiz artmışdır.

2023-cü ilin yanvar-dekabr ayları ərzində sənaye sahəsində çalışan işçilərin оrta sayı  264 nəfər olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz artmışdır. Orta aylıq əmək haqqı isə 595,5 manat  olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz artmışdır.

 Sənaye sahəsi üzrə çalışanların 7,2 faizi emal sənayesi sektorunda çalışmışdır ki, onlarda da orta aylıq əmək haqqı 327,7 manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,7 faiz artmışdır.

Orta aylıq əmək haqqı 798,6 manat olmaqla işçilərin 43,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda çalışmışdır. İşçilərin sayı keçən ilin müvafiq dövrünə nisbətən 2,9 faiz, əmək haqqıları isə 7,5 faiz artmışdır.

48,9 faizi isə  su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda çalışanlardır ki, onlarında orta aylıq əmək haqqısı 450,7 manat olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə işçilərin sayı 0,7 faiz, onlara hesablanan əmək haqqı isə 6,4 faiz artmışdır.

Zərdab rayon Statistika İdarəsi

Keçidlər