Şriftin ölçüsü :

Saytın rəngi :

2023-cü ilin yanvar-dekabr aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən artmışdır

12 fevral 2024 | 16:14

2023-cü ilin yanvar-dekabr aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən 19,0 faiz artaraq 16629,0 min manat olmuşdur. Xidmətin 32,1 faizi hüquqi şəxslər, 67,9 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.

Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 2017,0 min manat, iaşə xidmətinin həcmi 2575,0 min manat olmuşdur.

Ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər  5330,3 min manat (96,1 faiz dövlət mülkiyyəti, 3,9 faiz qeyri dövlət mülkiyyəti) olmuşdur. Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 5077,6 min manatı iri müəssisələrin, 252,7 min manatı isə kiçik müəssisələrin payına düşür.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər