2023-cü ilin yanvar-iyun ayları ərzində sənaye istehsalı haqqında
2023-cü ilin yanvar-iyun aylarında Zərdab rayonunda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 6837,3 min manat təşkil etmişdir.
Dövr ərzində sənaye məhsulunun 43,5 faizi emal sektorunda istehsal olunmuş, göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 51,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,1 faiz təşkil etmişdir.
2023-cü ilin yanvar-iyun aylarında emal sənayesi sektorunda qida məhsulların istehsalı 93,0 faiz, içki istehsalı 0,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 0,6 faiz, tikinti materialların istehsalı 2,3 faiz, hazır metal məmulatların istehsalı 2,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 1,7 faiz təşkil etmişdir.
2023-cü ilin yanvar-iyun aylarında keçən ilin müvafiq dövri ilə müqayisədə göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,9 faiz artmışdır.
2023-cü ilin yanvar-iyun ayları ərzində sənaye sahəsində çalışan işçilərin оrta sayı 253 nəfər olmuşdur. Orta aylıq əmək haqqı isə 582,5 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artmışdır. Sənaye sahəsi üzrə çalışanların 4,0 faizi emal sənayesi sektorunda çalışmışdır ki, onlarda da orta aylıq əmək haqqı 332,9 manat təşkil etmişdir. Orta aylıq əmək haqqı 768,1 manat olmaqla işçilərin 45,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda çalışanlardır. 50,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda çalışanlardır ki, onlarında orta aylıq əmək haqqısı 437,4 manat olmuşdur.
Zərdab Rayon Statistika İdarəsi