2023-cü ilin yanvar-iyun ayları ərzində Zərdab rayonun əhalisinin sayı 27 nəfər və ya 0,05 faiz artaraq 59083 nəfərə çatmışdır
Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla 1 kvadrat kilometrə düşən əhalinin sayı 69 nəfər olmuşdur. Zərdab rayonunda 01 iyul 2023-cü il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur. İlkin hesablamalara görə 2023-cü ilin yanvar-iyun ayları ərzində Zərdab rayonun əhalisinin sayı 27 nəfər və ya 0,05 faiz artaraq 59083 nəfərə çatmışdır. Əhalinin 20,3 faizi şəhər, 79,7 faizi isə kənd yerlərində yaşayır.
2023-cü ilin yanvar-iyun ayları ərzində ilkin hesablamalara görə rayonda 176, hər gün orta hesabla 1 körpə doğulmuşdur ki, onların da 14,2 faizi şəhər və qəsəbələrdə, 85,8 faizi isə kənd yerlərində qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 12,1-dən 6,0-a qədər azalmışdır.
Hesabat dövründə ilkin hesablamalara görə Zərdab rayonunda 158 ölüm halı qeydə alınmışdır. 1 yaşa qədər ölüm halı 2 nəfər olmuşdur . Ölənlərin ümumi sayından 5-9 yaşda 2, 10-14 yaşda 1, 15-19 yaşda 2, 20-24 yaşda 2, 29-29 2, 30-34 yaşda 3, 40-44 yaşda 3, 45-49 yaşda 3, 50-54 yaşda 5, 55-59 yaşda 8, 60-64 yaşda 13, 65-69 yaşda 19, 70-74 yaşda 12, 75-79 yaşda 13, 80-84 yaşda 25, 85 yaşdan yuxarı 43 nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 6,1-dən 5,4-ə qədər azalmışdır. Rayon üzrə təbii artım 18 nəfər olmuşdur.
2023-cü ilin yanvar-iyun ayları ərzində ilkin hesablamalara görə Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən təqdim olunan hesabata əsasən Zərdab rayonu üzrə 42 nikah və 28 boşanma halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3-dən 1,4-ə qədər düşmüşdür. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4-dən 0,9-a qədər azalmışdır .
2023-cü ilin yanvar-iyun ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təqdim olunan hesabata əsasən rayona daimi yaşamaq üçün gələnlərin sayı 28 nəfər, rayondan isə 19 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 9 nəfər təşkil etmişdir.
Zərdab Rayon Statistika İdarəsi