Şriftin ölçüsü :

Saytın rəngi :

2023-cü ilin yanvar-iyun aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən artmışdır

27 iyul 2023 | 16:40

2023-cü ilin yanvar-iyun aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən 27,0 faiz artaraq 8948,0 min manat olmuşdur. Xidmətin 32,1 faizi hüquqi şəxslər, 67,9 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.

Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 1189,0 min manat, iaşə xidmətinin həcmi 1401,0 min manat olmuşdur.

Ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər  2870,2 min manat (99,5 faiz dövlət mülkiyyəti, 0,5 faiz qeyri dövlət mülkiyyəti) olmuşdur. Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 2837,0 min manatı iri müəssisələrin, 33,2 min manatı isə kiçik müəssisələrin payına düşür.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər