Şriftin ölçüsü :

Saytın rəngi :

2023-cü ilin yanvar-mart ayları ərzində sənaye istehsalı haqqında

02 may 2023 | 15:45

2023-cü ilin yanvar-mart  aylarında Zərdab rayonunda sənaye müəssisələri və  bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 4128,7 min manat təşkil etmişdir.

Dövr ərzində sənaye məhsulunun 44,2 faizi emal sektorunda istehsal olunmuş,  göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda  51,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,9 faiz təşkil etmişdir.  

2023-cü ilin yanvar-mart aylarında emal sənayesi sektorunda qida məhsulların istehsalı 94,4 faiz, içki istehsalı 0,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 0,6 faiz, tikinti materialların istehsalı 2,2 faiz, hazır metal məmulatların istehsalı 2,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 0,5 faiz təşkil etmişdir.

2023-cü ilin yanvar-mart aylarında keçən ilin müvafiq dövri ilə müqayisədə göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 7,8 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə  13,9 faiz artmışdır.

2023-cü ilin yanvar-mart ayları ərzində sənaye sahəsində çalışan işçilərin оrta sayı  245 nəfər olmuşdur. Orta aylıq əmək haqqı isə 588,3 manat  olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz artmışdır. Sənaye sahəsi üzrə çalışanların 1,7 faizi emal sənayesi sektorunda çalışmışdır ki, onlarda da orta aylıq əmək haqqı 268,3 manat təşkil etmişdir. Orta aylıq əmək haqqı 768,6 manat olmaqla işçilərin 46,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda çalışanlardır. 52,2 faizi isə  su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda çalışanlardır ki, onlarında orta aylıq əmək haqqı 437,1 manat olmuşdur.

Zərdab rayon Statistika İdarəsi

Keçidlər