Şriftin ölçüsü :

Saytın rəngi :

2023-cü ilin yanvar-mart aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən artmışdır

02 may 2023 | 15:43

2023-cü ilin yanvar-mart aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən 23,2 faiz artaraq 4576,0 min manat olmuşdur. Xidmətin 37,0 faizi hüquqi şəxslər, 63,0 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.

Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 628,0 min manat, iaşə xidmətinin həcmi 317,0 min manat olmuşdur.

Ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər  1691,5 min manat (99,6 faiz dövlət mülkiyyəti, 0,4 faiz qeyri dövlət mülkiyyəti) olmuşdur. Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 1675,9 min manatı iri müəssisələrin, 15,6 min manatı isə kiçik müəssisələrin payına düşür.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər