Şriftin ölçüsü :

Saytın rəngi :

2023-cü ilin yanvar-sentyabr ayları ərzində sənaye istehsalı

20 noyabr 2023 | 16:46

2023-cü ilin yanvar-sentyabr  aylarında Zərdab rayonunda sənaye müəssisələri və  bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 9361,9 min manat təşkil etmişdir.

Dövr ərzində sənaye məhsulunun 41,5 faizi emal sektorunda istehsal olunmuş,  göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda  52,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,9 faiz təşkil etmişdir.  

2023-cü ilin yanvar-sentyabr aylarında emal sənayesi sektorunda qida məhsulların istehsalı 92,2 faiz, içki istehsalı 0,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 0,6 faiz, tikinti materialların istehsalı 2,5 faiz, hazır metal məmulatların istehsalı 2,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 2,3 faiz təşkil etmişdir.

2023-cü ilin yanvar-sentyabr aylarında keçən ilin müvafiq dövri ilə müqayisədə göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 0,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə  4,6 faiz artmışdır.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində sənaye sahəsində çalışan işçilərin оrta sayı  257 nəfər olmuşdur. Orta aylıq əmək haqqı isə 592,7 manat  olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz artmışdır. Sənaye sahəsi üzrə çalışanların 5,3 faizi emal sənayesi sektorunda çalışmışdır ki, onlarda da orta aylıq əmək haqqı 318,5 manat təşkil etmişdir. Orta aylıq əmək haqqı 786,4 manat olmaqla işçilərin 44,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda çalışanlardır. 50,1 faizi isə  su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda çalışanlardır ki, onlarında orta aylıq əmək haqqı 448,3 manat olmuşdur.

Zərdab rayon Statistika Idarəsi

Keçidlər