Şriftin ölçüsü :

Saytın rəngi :

2023-cü ilin yanvar-sentyabr ayları ərzində Zərdab rayonun əhalisinin sayı 59135 nəfərə çatmışdır

20 noyabr 2023 | 16:51

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla 1 kvadrat kilometrə düşən əhalinin sayı  69 nəfər olmuşdur. Zərdab rayonunda  01 oktyabr 2023-cü il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  İlkin hesablamalara görə 2023-cü ilin yanvar-sentyabr ayları ərzində Zərdab rayonun əhalisinin sayı 79 nəfər və ya 0,1 faiz artaraq 59135 nəfərə çatmışdır. Əhalinin 20,2 faizi şəhər, 79,8 faizi isə kənd yerlərində yaşayır.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində ilkin hesablamalara görə rayonda 286, hər gün orta hesabla 1 körpə doğulmuşdur ki, onların da 16,8 faizi şəhər və qəsəbələrdə, 83,2 faizi isə kənd yerlərində qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 12,3-dən 6,3-ə qədər azalmışdır.

Hesabat dövründə ilkin hesablamalara görə Zərdab rayonunda 227 ölüm halı qeydə alınmışdır. 1 yaşa qədər ölüm halı 3 nəfər olmuşdur . Ölənlərin ümumi sayından 5-9 yaşda 2, 10-14 yaşda 2, 15-19 yaşda 4, 20-24 yaşda 2, 25-29  yaşda 2, 30-34 yaşda 3, 40-44 yaşda 4, 45-49  yaşda 4, 50-54 yaşda 11, 55-59 yaşda 14, 60-64 yaşda 17, 65-69 yaşda 31, 70-74 yaşda 19, 75-79 yaşda 16, 80-84 yaşda 31, 85 yaşdan yuxarı 62  nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,8-dən 5,0-a qədər azalmışdır. Rayon üzrə təbii artım 59 nəfər olmuşdur.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində ilkin hesablamalara görə Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən təqdim olunan hesabata əsasən  Zərdab rayonu üzrə  59 nikah və 50 boşanma halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8-dən 1,3-ə qədər düşmüşdür.  Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5-dən 1,1-ə qədər azalmışdır .

2023-cü ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təqdim olunan hesabata əsasən rayona daimi yaşamaq üçün gələnlərin sayı 42 nəfər, rayondan isə 22 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 20 nəfər  təşkil etmişdir.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər