2023-cü ilin yanvar-sentyabr aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən 26,0 faiz artmışdır
2023-cü ilin yanvar-sentyabr aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən 26,0 faiz artaraq 12776,0 min manat olmuşdur. Xidmətin 32,2 faizi hüquqi şəxslər, 67,8 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 1762,0 min manat, iaşə xidmətinin həcmi 1630,0 min manat olmuşdur.
Ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər 4115,3 min manat (98,2 faiz dövlət mülkiyyəti, 1,8 faiz qeyri dövlət mülkiyyəti) olmuşdur. Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 4016,3 min manatı iri müəssisələrin, 99,0 min manatı isə kiçik müəssisələrin payına düşür.
Zərdab Rayon Statistika İdarəsi