2024-cü il ərzində sənaye istehsalı
2024-cü ildə Zərdab rayonunda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 13585,6 min manat təşkil etmişdir.
Dövr ərzində sənaye məhsulunun 1,9 faizi mədənçıxarma sənayesi sektorunda, 43,9 faizi emal sənayesi sektorunda istehsal olunmuş, göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 48,8 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,4 faiz təşkil etmişdir.
2024-cü ildə emal sənayesi sektorunda qida məhsullarının istehsalı 67,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 0,3 faiz, tikinti materiallarının istehsalı 2,6 faiz, hazır metal məmulatlarının istehsalı 11,5 faiz, mebellərin istehsalı 15,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 2,6 faiz təşkil etmişdir.
2024-cü ildə keçən ilin müvafiq dövri ilə müqayisədə emal sənayesi sektorunda istehsalın həcmi 25,0 faiz, göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 7,8 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,0 faiz azalmışdır.
2024-cü ildə sənaye sahəsində çalışan işçilərin оrta sayı 310 nəfər olmuşdur. Orta aylıq əmək haqqı isə 727,3 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 22,1 faiz artmışdır.
Zərdab rayon Statistika İdarəsi