2024-cü ilin yanvar-iyun ayları ərzində sənaye istehsalı
2024-cü ilin yanvar-iyun aylarında Zərdab rayonunda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 6969,7 min manat təşkil etmişdir.
Dövr ərzində sənaye məhsulunun 45,3 faizi emal sektorunda istehsal olunmuş, göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 49,8 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,9 faiz təşkil etmişdir.
2024-cü ilin yanvar-iyun aylarında emal sənayesi sektorunda qida məhsullarının istehsalı 83,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 0,1 faiz, tikinti materiallarının istehsalı 2,4 faiz, hazır metal məmulatlarının istehsalı 12,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 2,5 faiz təşkil etmişdir.
2024-cü ilin yanvar-iyun aylarında keçən ilin müvafiq dövri ilə müqayisədə emal sənayesi sektorunda istehsalın həcmi 6,1 faiz artmış, göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,3 faiz azalmışdır.
2024-cü ilin yanvar-iyun ayları ərzində sənaye sahəsində çalışan işçilərin оrta sayı 260 nəfər olmuşdur. Orta aylıq əmək haqqı isə 603,2 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artmışdır.
Zərdab Rayon Statistika Idarəsi