Şriftin ölçüsü :

Saytın rəngi :

2024-cü ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

30 iyul 2024 | 11:25

2024-cü ilin yanvar-iyun aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artaraq 9758,0 min manat olmuşdur. Xidmətin 42,0 faizi hüquqi şəxslər, 58,0 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.

Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 1292,0 min manat, iaşə xidmətinin həcmi 1531,0 min manat olmuşdur.

Ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər  4099,1 min manat (82,7 faiz dövlət mülkiyyəti, 17,3 faiz qeyri dövlət mülkiyyəti) olmuşdur. Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 3361,6 min manatı iri müəssisələrin, 737,5 min manatı isə kiçik müəssisələrin payına düşür.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər