Şriftin ölçüsü :

Saytın rəngi :

2024-cü ilin yanvar-mart ayları ərzində sənaye istehsalı

14 may 2024 | 12:01

2024-cü ilin yanvar-mart  aylarında Zərdab rayonunda sənaye müəssisələri və  bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3936,8 min manat təşkil etmişdir.

Dövr ərzində sənaye məhsulunun 47,2 faizi emal sektorunda istehsal olunmuş,  göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda  48,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,1 faiz təşkil etmişdir.  

2024-cü ilin yanvar-mart aylarında emal sənayesi sektorunda qida məhsullarının istehsalı 85,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 0,2 faiz, tikinti materiallarının istehsalı 2,0 faiz, hazır metal məmulatlarının istehsalı 10,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 2,0 faiz təşkil etmişdir.

2024-cü ilin yanvar-mart aylarında keçən ilin müvafiq dövri ilə müqayisədə emal sənayesi sektorunda istehsalın həcmi 1,8 faiz artmış, göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 10,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə  1,1 faiz azalmışdır.

2024-cü ilin yanvar-mart ayları ərzində sənaye sahəsində çalışan işçilərin оrta sayı  254 nəfər olmuşdur. Orta aylıq əmək haqqı isə 607,5 manat  olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artmışdır.

 Sənaye sahəsi üzrə çalışanların 1,2 faizi emal sənayesi sektorunda çalışmışdır ki, onlarda da orta aylıq əmək haqqı 288,3 manat təşkil etmişdir.

Orta aylıq əmək haqqı 794,9 manat olmaqla işçilərin 48,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda çalışmışdır. İşçilərin sayı keçən ilin müvafiq dövrünə nisbətən 8,3 faiz, əmək haqqıları isə 3,4 faiz artmışdır.

50,8 faizi isə  su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda çalışanlardır ki, onlarında orta aylıq əmək haqqısı 437,3 manat olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə işçilərin sayı 0,5 faiz, onlara hesablanan əmək haqqı isə 0,1 faiz artmışdır.

Zərdab rayon Statistika İdarəsi

Keçidlər