2024-cü ilin yanvar-sentyabr ayları ərzində sənaye istehsalı
2024-cü ilin yanvar-sentyabr aylarında Zərdab rayonunda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 9858,7 min manat təşkil etmişdir.
Dövr ərzində sənaye məhsulunun 44,9 faizi emal sektorunda istehsal olunmuş, göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 49,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,4 faiz təşkil etmişdir.
2024-cü ilin yanvar-sentyabr aylarında emal sənayesi sektorunda qida məhsullarının istehsalı 78,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 0,1 faiz, tikinti materiallarının istehsalı 2,6 faiz, hazır metal məmulatlarının istehsalı 12,1 faiz, mebellərin istehsalı 4,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 2,7 faiz təşkil etmişdir.
2024-cü ilin yanvar-sentyabr aylarında keçən ilin müvafiq dövri ilə müqayisədə emal sənayesi sektorunda istehsalın həcmi 14,1 faiz artmış, göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 0,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,0 faiz azalmışdır.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində sənaye sahəsində çalışan işçilərin оrta sayı 269 nəfər olmuşdur. Orta aylıq əmək haqqı isə 619,3 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz artmışdır.
Zərdab rayon Statistika İdarəsi